​SALEHİ: “Nüvə sazişi pozulsa, 4-5 gün ərzində...”

Baxış sayı:
2677

Nüvə sazişi pozulsa, uranı 20 faiz dərəcəsində zənginləşdirməyi 4-5 gün ərzində bərpa edə bilərik.
Bu sözləri İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi deyib.
Salehi bildirib ki, İran, nüvə sazişi ilə bağlı baş verə biləcək hər hansı bir hadisəyə görə müxtəlif ssenarilər hazırlayıb: “Əgər Vyanada İranla Qərb arasında imzalanmış nüvə sazişi kimlərsə tərəfindən pozulsa, biz bu addımı atacağıq. Bu, yalnız bir şüar və ya şişirtmə bir iddia deyil, həqiqətdir”.
Qeyd edək ki, ABŞ rəsmiləri bundan əvvəl dəfələrlə bildiriblər ki, nüvə sazişində müəyyən dəyişikliklər edilməsə, Vaşinqton bu sazişdən çıxacaq. ABŞ Prezidenti Donald Tramp isə ölkəsinin nüvə sazişində qalıb-qalmayacağı ilə bağlı qərarını yaxın bir ayda elan edəcək./Teleqraf/