​Şahzadələr kütləvi şəkildə ölkədən qaçır

Səudiyyə Ərəbistanını çoxlu sayda şahzadə və biznesmen tərk edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Arabi21.com” saytı yazıb. Sayt Səudiyyə Ərəbistanı kral ailəsinə 20-30 min şəxsin mənsub olduğunu və onların hazırda həbs edilmə qorxusu ilə yaşadığını bildirib:
“Çox sayda şahzadə ölkəni tərk edib. Ölkəni tərk edə bilməyənlərin sayı da kifayət qədər çoxdur”.
Qeyd edək ki, vəliəhdin təzyiqi ilə Kral Salman ibn Əbdüləziz əs-Səud 4 noyabrda 10 şahzadə və 12 keçmiş nazirin həbs olunmasıyla bağlı qərar verib. Daha sonra isə kral ailəsi üzvlərindən həbs edilənlərin sayı 30-a çatıb. Onlar korrupsiyada ittiham olunur.
Bundan öncə ərəb mətbuatı Məhəmməd bin Salmanın Ciddə şəhərindən özəl təyyarələrin uçuşuna qadağa qoyduğu haqqında informasiya yaymışdı. Mətbuat həmçinin həbs edilən şahzadələrin hesablarının dondurulduğunu da bildirmişdi.