Sabiq prezidentin yaxın adamı da həbs edildi - YENİLƏNİB

Baxış sayı:
222

Qırğızıstan məhkəməsi sabiq prezident Almazbek Atambayevin əmlakına həbs qoyub.

Publika.az xəbər verir ki, həbs qoyulan A.Atambayevin nəzarətində olan "Aprel" telekanalıdır.

Bu barədə xəbəri telekanalın mətbuat xidmətindən də təsdiqləyiblər.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb. Əməliyyatdan bir müddət sonra “Aprel” kanalının yayımı dayandırılmışdı.

***

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin aparatının keçmiş rəhbəri, onun ən yaxın müşaviri Fərid Niyazov girov götürməsinə görə oktyabrın 8-dək həbs edilib.