Sabahdan bu avtobusların son dayanacağı dəyişir - SİYAHI
12-01-2018 18:11
Baxış sayı:
785
Yanvarın 13-ü səhər saatlarından “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək.
Muxalifət.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bununla əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləvğ edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb. Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6,8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-nə hərəkət etməsi təmin olunacaq.