Saakaşvilidən İrəvan aksiyasına reaksiya: QARABAĞIN HƏLLİ...
23-04-2018 10:21
Baxış sayı:
3103
Ermənistanda insanlar nə istədiklərini aydın şəkildə anladırlar.
Muxalifət.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.
“Onlar hakimiyyətlərinin onlara hörmət etməsini və özləri üçün vacib məsələlərin Moskvada həll edilməməsini istəyirlər. Kreml isə Ermənistan-Azərbaycan konfliktində kiminsə tam qələbə əldə etməsini istəmir. Moskva sadəcə olaraq konflikti uzadır və onu hər iki ölkənin siyasətinə nəzarət üçün istifadə edir. Təəssüf ki, Ermənistan özünün suverenliyinin böyük hissəsini itirib və indi onun məğrur xalqı buna reaksiya verir”, – deyə o bildirib.