Saakaşvili Milli Hərəkatdan və Gürcüstan siyasətindən gedir – VƏKİLİNDƏN AÇIQLAMA

Mixail Saakaşvilinin vəkili Valeri Qelbaxiani deyir ki, eks-prezidentin Gürcüstan siyasətində qalmaq arzusu yoxdur.
“Onun Milli Hərəkatın sədri olmaq və Gürcüstan siyasətində qalmaq arzusu yoxdur. Onun əsas vəzifəsi səhhətinin yaxşılaşmasıdır və əgər nə vaxtsa onu tam reabilitasiya edə bilsə, bu halda o, öz siyasətini Gürcüstanda deyil, Ukraynada davam etdirəcək, düstur budur”, - deyə Qelbaxiani bir gün əvvəl “Rustavi 2”-yə bildirib.
O, həmçinin Saakaşvili ilə təxminən 5 gün əvvəl görüşdüyünü və bu görüş zamanı siyasətçinin ona resurslarının tamamilə tükəndiyini bildirib.
“O, bacardığı qədər vətənə və xalqa xidmət etdi. İndi onu xilas etməliyik", - vəkil deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Saakaşvilinin oğlu Eduard Saakaşvili atasının siyasətdəki roluna yenidən baxılmalı olduğunu düşündüyünü və bunun “Gürcü Arzusu” ilə konsensus əldə etməsini asanlaşdıracağını bildirib.