Rza Sərrafın harada olduğu ortaya çıxdı

Baxış sayı:
6646

ABŞ-ın İrana qarşı sanksiyaları dəldiyi iddiası ilə 2016-ci ilin mart ayında Mayamidə həbs olunan və etiraf etmiş şəxs olan Rza Sərrafın Nyu-York Cənub Bölgəsi Federal Məhkəməsində davam edən məhkəmə prosesindən tam üç il keçib. Rza Sərrafın harada olduğuna dair ABŞ-dan əhəmiyyətli bir açıqlama gəlib. Nyu-Yorkda bir çox həbsxana dəyişdirən Rza Sərrafın Türk mediasında yer alan müxtəlif məlumatlara görə sərbəst buraxıldığı və həyat yoldaşı Əbru Gündeş ilə görüşdüyü iddia edilmişdi. Rza Sərraf işini yaxından təqib edən Nyu-York vəkili Cahit Akbulut, Amerikanın səsi radiosunun "Rza Sərraf haradadır" sualına cavab verib. Hələ də məhbusdur Vəkil Akbulut "Güvəndiyim mənbələrdən əldə etdiyim son məlumatlara görə, Rza Sərraf Nyu-York yaxınlığında adı açıqlanmayan bir həbsxanada hələ də məhbusdur. Heç bir zaman da həbsxana xaricinə çıxmamışdır. Mənbələrim Türk mediasında Rza Sərrafın bayırda olduğu barədə yer alan xəbərlərin əsassız olduğunu bildirərək "Həyat yoldaşı Əbru Gündeşin hamilə olduğunu iddia etdilər. “Rza Səraf həyat yoldaşı Əbru Gündeş Nyu-Yorka gəldiyi zaman onunla yalnız həbsxanada görüşüb” dedilər. Belə bir sərbəst qalma vəziyyətinin Amerikan ədliyyə sistemində mümkünsüz bir şey olduğunu bildirdilər" deyə söyləyib. Məxfilik qərarı var Akbulut mənbələrindən Rza Sərrafın hansı həbsxanada saxlandığı yönündə bir cavab almadığını bildirərək "Nyu-Yorkda məhbus olaraq yerləşdiyi həbsxananı bildikləri halda mənə açıqlamadılar. Bu istiqamətdə məhkəmənin Sərrafın can təhlükəsizliyinin qorunması üçün bir məxfilik qərarı varmış. Məhkəmə prosesilə bağlı son prosesləri də soruşduğum zaman məhkəmə prosesinin hələ də davam etdiyini, ancaq Sərrafın alacağı həbs cəzasının veriləcəyi qərarla bağlı məhkəmə iclası barədə məhkəmənin bir də tələsik olmadığını ifadə etdilər" deyib. Müxalifət.az