​RUSLARIN GÜRCÜSTANA GİRİŞİ QADAĞAN EDİLDİ – “Yaşayış icazəsi yoxdursa, başqa heç bir sənəd Rusiya vətəndaşları üçün Gürcüstana giriş zəmanəti deyil”

Baxış sayı:
4398

Rusların Gürcüstan ərazisinə girişi kütləvi şəkildə qadağan olunmağa başladı.
Qafqaz.media xəbər verir ki, bu barədə “Meduza” yazır.
Cənubi Qafqaz üzrə Azad Rusiya Fondunun direktoru Yeqor Kuroptevin sözlərinə görə, Gürcüstan bir neçə həftə əvvəl Rusiyadan səfər edənlər üçün sərhəd nəzarətini gücləndirib. İndi hər gün onlarla insanın girişinə icazə verilmir.
“Nə peşənin, nə Gürcüstanda yaşamaq faktının, nə də mənzil kirayəsi üçün müqavilənin olmasının əhəmiyyəti yoxdur. Əgər yaşayış sənədi, yaşayış icazəsi yoxdursa, o zaman başqa heç bir sənəd Rusiya vətəndaşları üçün Gürcüstana giriş zəmanəti deyil”, - Kuroptev bildirib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Gürcüstan rusiyalı miqrantlar üçün ən populyar ölkələrdən birinə çevrilib.