​Rusiyalı senator Süleyman Kərimov Fransada saxlanılıb

Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov Fransa polisi tərəfindən ölkənin cənubunda Nitsa şəhərində saxlanılıb.
Bu barədə TASS-a RF-in Fransadakı səfirliyindən məlumat verilib.
“Noyabrın 20-də Nitsa hava limanında senator Süleyman Kərimov saxlanılaraq polis bölməsinə aparılıb”, - diplomatik nümayəndəlikdən bildiriblər. 
Rəsmi olaraq Kərimova qarşı irəli sürülən ittihamlar barədə məlumat verilmir.