Rusiyadan yeni QADAĞA

Baxış sayı:
760

Rusiya Dövlət Duması, rus proqramlaşdırma dilinə əsaslanmayan smartfon və kompüter satışını qadağan edən qanun qəbul etdi.

Qəbul edilən qanun layihəsinə görə, ölkədə satılan bütün smartfonlar, kompüterlər və ağıllı televizorlar   Rusiya proqramı ilə işləməli olacaqlar.
Qanunun hansı məhsulları əhatə edəcəyini və hansı müddətdə bu cihazlara proqram təminatının quraşdırılmasına dair qanun qəbul edəcək Rusiya hökuməti, qanuna əməl etməyən şirkətlərə ağır cərimələr tətbiq etməyi planlaşdırır.
Duma millət vəkili Aleksey Kanayev, qanun layihəsi ilə əlaqədar etdiyi şərhdə, bu addımın Rusiyanın məqsəinin yerli İT şirkətlərini daha rəqabətli hala gətirmək və istehlakçı hüquqlarını qorumaq olduğunu söylədi.
Qanunun qüvvəyə minməsi üçün Federasiya Şurası və daha sonra Rusiya Prezidenti Vladimir Putinin təsdiqi lazımdır.
Muxalifet.az