Rusiyadan Türkiyəyə ÇAĞIRIŞ: “BİZ HAZIRIQ!”

Baxış sayı:
8155

Rusiyanın Federal Hərbi və Texniki Əməkdaşlıq Dairəsinin (FSVTS) başçısı Dmitri Şuqayev S-400 hava hücumundan müdafiə sistemlərinin razılaşmaya uyğun olaraq 2019-cu ilin payızında Türkiyəyə təhvil veriləcəyini bildirib. Şuqayev həm də “Rusiyanın, xüsusilə də hava texnologiyaları və motor sahəsində əməkdaşlığa hazır olduğunu” söyləyib.
“Kommersant” qəzetinə müsahibə verən Şuqayev deyib: “Türkiyənin sifarişinin məbləği hazırda 1 milyard dollardan artıqdır. Bildiyiniz kimi, 2017-ci ildə S-400 müqaviləsi bağlandı. 2019-cu ilin payızında öhdəliyimizi yerinə yetirəcəyik”.

“Ortaq texnologiyalar istehsalına hazırıq”

Suqayev Türkiyənin milli müdafiə sənayesi sahəsində əməkdaşlığa hazır olduğunu və bu sahədə bir sıra mühüm uğurlar əldə elədiyini qeyd edərək deyib: “Buna görə də, hava texnologiyaları da daxil olmaqla, ortaq texnologiyaları inkişaf etdirmək tərəfdaşlarımızın diqqət mərkəzindədir. Rusiya Türkiyənin maraqlandığı layihələrlə bağlı Ankaraya kömək edə bilər. Rusiya xüsusilə də, hava texnologiyaları və motor sahəsində əməkdaşlığa hazırdır”./Hurriyyet