RUSİYADAN ŞOK XƏBƏRDARLIQ: “Tərk etməsələr, türk ordusu onların üzərindən keçəcək”

Baxış sayı:
19815

Türkiyə ilə Rusiyanın arasında əldə edilən Soçi razılaşmasından sonra bu gün Kremldə yeni açıqlamalar səsləndirilib. Moskva hakimiyyəti YPG terror təşkilatının Türkiyə sərhədini tərk etməyəcəyi təqdirdə türk ordusu tərəfindən əziləcəyini bəyan edib.

Kremlin mətbuat katibi Dmitri Peskov deyib: “YPG/PKK terrorçuları Suriya sərhədini tərk eləməsələr, türk ordusu onların “üzərlərindən keçəcək”.

Peskov ABŞ-ın son illərdə YPG/PKK ünsürlərinin ən yaxın müttəfiqi olduğunu bildirərək deyib: “Nəticədə ABŞ onları tərk elədi və bir yandan onlara xəyanət etdi. İndi onları sərhəddə qoyub türklərlə döyüşdürməyi üstün tuturlar”.

Peskov razılaşma çərçivəsində YPG/PKK-nın sərhədi tərk eləməsinin lazım olduğunu vurğulayaraq deyib: “Əgər tərk eləməsələr, Suriyanın sərhəd təhlükəsizliyi qüvvələri və Rusiya hərbi polisi geri çəkilməyə məcbur olacaqdır. Rusiya ilə Türkiyə arasında əldə edilən razılaşma çərçivəsində, çəkilməyəcəkləri təqdirdə türk ordusu onların üzərindən keçəcəkdir”./Hurriyyet.org