​Rusiyadan Azərbaycana gələn mikroavtobus qəza törətdi: 8 yaralı

Baxış sayı:
10189

Rusiyada Stavropoldan Azərbaycana gələn "Ford" markalı sərnişin mikroavtobusu Vladiqafqazda qəzaya uğrayıb.
Rusiya mətbuatı xəbər verir ki, qəza yerli vaxtla saat 02:30-da baş verib. Belə ki, 
"Ford" markalı sərnişin mikroavtobusu yolun kənarında dayanan "KAMAZ" markalı yük avtomobilinə dəyib və daha sonra "Opel" markalı avtomobili əzib. 
Nəticədə 8 nəfər xəsarət alıb. Onlar Vladikavkazdakı xəstəxanaya yerləşdiriliblər.