Rusiyadan Afrin açıqlaması: “TÜRKİYƏ GERİ QAYTARMALIDIR”

Baxış sayı:
3973

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, “Zeytun Budağı” Hərəkatı ilə bağlı, Türkiyənin Afrində qalacağını heç vaxt söyləmədiyini iddia edərək, əməliyyatın başa çatdıqdan sonra Türkiyənin bu bölgənin nəzarətini Suriya hökumətinə geri verməsi lazım olduğunu irəli sürüb.
 
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında Türkiyənin Suriyanın şimalındakı Afrində keçirdiyi “Zeytun Budağı” Hərəkatı haqqında bir sual yönəldilib.
 
“AFRİN SURİYA HÖKUMƏTİNƏ GERİ VERİLMƏLİDİR”
 
Lavrov, suala “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Afrini işğal etmək istədiyini heç vaxt demədi. Necə ki, biz də Afrindəki vəziyyəti normallaşdırmaqda ən asan üsulun, Türklər buradakı məqsədlərinə çatdıqlarından sonra bu bölgənin nəzarətinin Suriya hökumətinə qaytarılması olacağına inanırıq" deyə, cavab verib.
 
BAŞQA FİKRİ DƏSTƏKLƏMİRİK
 
Lavrov, Afrin məsələsində bundan başqa bir fikri dəstəkləmədiklərini də əlavə edib.
Müxalifət.az