Rusiyadan ABŞ-a gözdağı: NATO sistemləri dövrədən çıxarılacaq

Baxış sayı:
5467

Rus hərbi ekspert Yuriy Knutov, Rusiyanın yeni inkişaf etdirdiyi Səmərqənd radar silahlarının minimum səviyyədə büdcə istifadə edərək NATO-ya aid komandanlıq sistemlərini dövrədən çıxaracağını söyləyib.
 
“Zvezda” qəzetinə müsahibə verən Knutov, Səmərqənd kompleksləri sayəsində Rus ordusunun NATO qoşunlarının təcavüzkar hərəkət etməsini minimum səviyyədə büdcəylə əngəlləyə biləcəyini ifadə edib.
 
ABŞ, Rusiyaya savaş nəzəriyyəsini tətbiq edir
 
ABŞ-ın 2000-ci illərin əvvəlindən bəri Rusiya ilə faktiki olaraq müharibəyə hazırlandığını da qeyd edən Knutov, NATO-nun Soyuq Müharibədən bu yana ən böyük hərbi təlimi olan “Trident Juncture 18”-ə istinad edərək, "O dövrdə nəzəriyyə idi, indi də həyata keçirilir" - deyə əlavə edib.
Səmərqənd sistemlərinin əsas vəzifəsi düşmənin rabitə imkanlarını əngəlləmək və təsirsiz hala gətirməkdir. 2017-də Şimal Donanması tərəfindən istifadə edilməyə başlanan bu sistemlər, bütün su üstü gəmilərdə də istifadə etmək mümkündür.
Rusiya Müdafiə Nazirliyi 2019-un noyabrında 13 Səmərqənd sistemini dövrəyə buraxmağı planlaşdırır.
Müxalifət.az