Rusiyada teraktlar törətmək istəyən İŞİD-çi tutuldu - UKRAYNA GÖNDƏRİBMİŞ...

Baxış sayı:
2950

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Smolensk vilayətində, Rusiyada terror aktları və Ukraynanın şərqindəki qondarma Donetsk və Luqansk xalq respublikalarının liderlərini öldürməyi planlaşdıran İŞİD təşkilatının üzvünü saxlayıblar.

Yerli KİV-lər xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

Qeyd olunub ki, saxlanılan şəxs Dağıstan sakini, 1988-ci il təvəllüdlü Məcid Maqomedovdur. Ondan gücü 1,5 kiloqram trotil olan əldəqayırma partlayıcı qurğu, səsboğucusu olan tapança və sursat götürülüb.

Məlumatda həmçinin deyilir ki, o həmin terror aktlarını Ukrayna Təhlükəsizlik Xidməti və “Sağ sektor”un tapşırığı ilə reallaşdırmalı imiş...