Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb - ÖLƏNLƏR VAR

Rusiyada “L-410” sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə təyyarə Xabarovsk vilayətinin Nelkan qəsəbəsində eniş edərkən baş verib.
Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarədə iki pilot və 7 sərnişin olub. Hadisə nəticəsində iki pilot və 6 nəfərin öldüyü deyilir. Təyyarədə olan körpə isə sağ qalıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.