​Rusiyada dəhşətli yanğın: 5 ölü

Baxış sayı:
2725

Rusiyanın Nijni Novqorod şəhərinin Strokin küçəsində yerləşən mənzildə yanğın baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin əyalət nümayəndəliyi informasiya yayıb.
Məlumata görə, yanğın nəticəsində 5 nəfər həlak olub. Fövqəladə Hallar Xidmətindən yanğının yerli vaxtla 09:30-da söndürüldüyü bildirilib.