​Rusiyada 1000-ə yaxın erməni sürücü işdən çıxarıldı

Baxış sayı:
3037

Rusiyanın "Yandeks” taksi xidməti Ermənistan vətəndaşı olan sürücülərlə işləməkdən imtina edir.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanda çıxan "Jamanak” qəzeti məlumat yayıb.
"Yandeks” bildirib ki, onların sürücülük vəsiqəsi 4 dövlətdən birinə - Rusiya, Belarus, Qırğız Respublikası və Qazaxıstana məxsus olmalıdır. Nəticədə minə yaxın erməni əsilli sürücü taksi sürücülüyündən məhrum olaraq işsiz qalıb”, - qəzet yazıb.
Mütəxəssislər qeyd ediblər ki, Ermənistanın verdiyi sürücülük vəsiqəsi peşəkar fəaliyyət göstərmək üçün Rusiya tərəfindən tanınmır.