Rusiya Zelenskini Qələbə parada dəvət etmədi

Baxış sayı:
357

Rusiya Ukraynanın prezidenti Vladimir Zelenskini Qələbə paradına dəvət etməyib.

Bu barədə Rusiya Federasiyasının mətbut katibi Dmitri Peskov RBK-ya bəyan edib. «Yox, dəvət göndərilməyib» - Peskov bildirib.

Xatırladaq ki, bu il Qələbə paradı koronavirusla bağlı vəziyyətə görə, iyunun 24-də keçiriləcək. Vladimir Putin müdafiə nazirinə parad iştirakçılarının sağlamlığı üçün istənilən riski önləmək tapşırığı verib.

Quru qoşunları komandanı, ordu generalı Oleq Sadyukov bəyan edib ki, məşqlər iyunun 8-dən Moskva ətrafındakı Alabine meydançasında iyunun 15-ə qədər keçiriləcək və iyunun 17 və 18-də Qızıl meydanda gecə məşqləri olacaq. İyunun 20-də isə baş məşq olacaq.

Bundan əvvəl iyunun 24-də Moskvada keçiriləcək Qələbə paradında Serbiyanın prezidenti Aleksandr Vuçiç də iştirak etmək niyyətini ortaya qoyub. Ondan başqa tədbirdə Moldovanın, Qazaxıstanın, Abxaziyanın və Qırğızıstanın prezidentləri də qatılacaqlar.