Rusiya və Ermənistanın müdafiə nazirləri arasında Qarabağ danışıqları – TƏFƏRRÜATLAR GİZLİ SAXLANILIR…

Baxış sayı:
1603

Ermənistanın müdafiə naziri Arşak Karapetyan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb, tərəflər bir sıra aktual məsələləri müzakirə ediblər.

Qafqaz.media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

"Görüş zamanı tərəflər Ermənistan-Rusiya arasında müdafiə sahəsində əməkdaşlığı, Ermənistan-Azərbaycan sərhədinin mövcud vəziyyəti və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, Rusiya və Ermənistan müdafiə nazirləri arasında görüş oktyabrın 11 -də Moskvada baş tutub. Şoyqu ilə Karapetyan arasında aparılan danışıqların təfərrüatları hələlik açıqlanmır.