“Rusiya Türkiyənin “S-400”-lərin istehsalında iştirakını müzakirə etməyə hazırdır” – Şuqayev

Baxış sayı:
1668

Rusiya Türkiyə şirkətlərinin “S-400” Zenit-Raket Komplekslərinin (ZRK) istehsalı prosesində iştirakını müzakirə etməyə hazırdır. Bu barədə iyunun 2-də Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin (NTƏFX) direktoru Dmitri Şuqayev bəyan edib.

«Gələcəkdə biz, texnoloji əməkdaşlıq imkanlarnı işləməyə hazırıq, başqa sözlə, Türkiyə şirkətlərinin istehsal prosesində iştirakını» - Şuqayev «Ekotürk» telekanalının efirindən bildirib.

Onun sözlərinə görə, belə danışıqlar artıq başlanıb, amma bu, əmək tutumlu prosesdir və müəyyən vaxt tələb edir.

«Aydındır ki, belə format qarşılıqlı fəaliyyətın yeni mərhələsini nəzərdə tutur - daha mürəkkəb və inamlı. Bu zaman bizim maraqlarımızın təmin olunması mühüm əhəmiyyət kəsb edir» - Şuqayev qeyd edib.

Martın16-da Dmitri Şuqayev «İnterfaks» agentliyinə müsahibəsində xəbər verib ki, Rusiya yaxın gələcəkdə Türkiyəyə «Triumf»ların əlavə partiyalaının tədarükü məsələsində razılığa gəlinəcəyinə ümid edir.

«Əlavə S-400-lərin Türkiyəyə tədarükü məsələsi gündəlikdədir… Biz sistemin tərkibini, tədarük müddətini və digər şərtləri razılaşdırırıq» -deyə, Şuqayev bildirib.

Həmçinin əlavə edib ki, “S-400”-lərin əlavə tədarükü Türkiyənin istehsal prosesində bəzi iştirakını nəzərdə tutur.