RUSİYA TÜRKİYƏ İLƏ SƏRHƏDDƏ GƏRGİNLİYİ ARTIRIR - Qoşunlar əraziyə daxil oldu, döyüşlərə hazırlıq başladı

Baxış sayı:
4381

Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin avqustun 5-də Soçidə keçirilməsi planlaşdırılan görüşü ərəfəsində Əsəd qüvvələri və terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) və onun silahlıları YPG-nin Suriya qanadı Türkiyənin gözlənilən hərbi əməliyyatlarına qarşı Suriyanın şimalında birgə təlimlər keçirib. Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya da bu təlimlərə dəstək verib.

Putin-Ərdoğan görüşü ilə bağlı yeni AÇIQLAMA

Ərdoğan və Putinin Soçi görüşü ərəfəsində Əsəd qüvvələri və terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qanadı YPG silahlıları ilk dəfə Suriyanın şimalında birgə təlimlər keçirib

Gözlənilir ki, Ərdoğanla Putin arasında danışıqların əsas gündəmində Suriyanın şimalındakı vəziyyət və Türkiyənin kürd terrorçularına qarşı yeni hərbi əməliyyatlar keçirmək planları olacaq.

Bundan əvvəl, iyulun 19-da Tehranda Rusiya, İran və Türkiyə prezidentləri arasında keçirilən danışıqlarda Vladimir Putin və İranın ali dini lideri Əli Xamneyi Ərdoğanın Suriyanın şimalında yeni hərbi əməliyyatına qarşı çıxıblar. Bu sammitdən sonra Suriyanın şimalında Türkiyə hərbçiləri ilə PKK/YPG yaraqlıları arasında atışmalar davam etsə də, vəziyyət nisbətən sakitləşib və görünür, Ankara hərbi əməliyyatlara başlamaq planlarını bir qədər təxirə salıb.

Xəbər verdiyimiz kimi, əsasən PKK/YPG silahlılarından ibarət “Suriya Demokratik Qüvvələri” Türkiyəyə qarşı birgə fəaliyyət göstərmək barədə Əsəd rejimi ilə anlaşıblar. Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Suriya ordusu kürd alyansının nəzarətində olan ərazilərə daxil olub. Rusiya mənbələri Soçidəki danışıqlar ərəfəsində Suriya ordusunun bölmələrinin bölgədə ilk dəfə olaraq kürd yaraqlıları ilə birgə təlimlər keçirdiyini bildirir.

PKK/YPG terrorçuları və Əsəd rejimi Türkiyəyə qarşı birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər

«Русская весна» yazır ki, Rusiya Silahlı Qüvvələri Suriya ordusu və kürd artilleriyasını birgə irimiqyaslı təlimlərə cəlb edib və bu təlimlər zamanı Hələb vilayətinin bölgəsində su maneələrini gücləndirmək planlaşdırılır. Təlimlərin ssenarisinə əsasən, döyüşlər zamanı tankların su maneələrinə qarşı sınanması sınaqdan keçirilib. Suriya və Rusiya aviasiyası, həmçinin PKK/YPG yaraqlıları su maneələrini keçən tanklara havadan atəş dəstəyi verib. Xüsusilə Rusiyanın “Pantsir” zenit-artilleriya sistemləri havadan pilotsuz təyyarələrin hücumlarına qarşı döyüş mövqeyi tutub.

Rusiya Silahlı Qüvvələri Suriya ordusu və kürd artilleriyasını birgə genişmiqyaslı təlimlərə cəlb edib

Təlimlərin ssenarisinə əsasən, döyüş zamanı tankların su maneələrinin zorla sınanması sınaqdan keçirilib

Müharibə müxbirləri qeyd edirlər ki, Suriya qoşunları tank və piyada birləşmələrinin qarşı sahilə keçirilməsi üçün nəzərdə tutulan ponton keçidlərinin tikintisi prosesini artıq başa çatdırıblar.

Və bu gün zirehli personal daşıyıcıları və hərbi yük maşınları da daxil olmaqla, təsirli zirehli texnika karvanı ABŞ-ın nəzarətində olan Suriya ərazilərinı daxil olub. Ərazidə bu qədər sayda rus hərbçisinin olması bir neçə ildən sonra ilk dəfə qeydə alınıb.

Rus “Pantsir” pilotsuz təyyarələrin havadan hücumlarına qarşı döyüş mövqeyini tutub

Suriya mənbələrinin məlumatına görə, Rusiya qoşunları Suriya-İraq sərhədi yaxınlığındakı əraziyə sərbəst şəkildə daxil olub. Naməlum səbəblərdən ABŞ hərbçiləri rusların əraziyə daxil olmasına mane olmağa belə cəhd etməyiblər.

Rusiya tərəfi Suriyanın Əl-Həsəkə əyalətinin İraqla həmsərhəd Yarubiya qəsəbəsinin küçələrində hərbçilərin peyda olması ilə bağlı məlumatı heç bir şəkildə şərh etməyib.

Qafqaz.media