“Rusiya qonşu ölkələri təsir dairəsində saxlamaq üçün hərbi gücdən istifadə etmək ənənəsini davam etdirir” – NATO ALMAN MƏRUZƏÇİNİN HESABATINI TƏSDİQLƏDİ

Baxış sayı:
1618

NATO Parlament Assambleyasının Londonda keçirilən 65-ci sessiyasında Vətəndaş  Təhlükəsizliyinə Nəzarət  Komitəsi alman məruzəçisi Ula Şmidtin "NATO 70 - Alyans Dəyərlərinin Təsdiqi" hesabatını təsdiqləyib.

Muxalifet.az xəbər verir ki, “Birinci kanal”ın London müxbirinin məlumatına görə, sənəddə dəfələrlə Gürcüstanın adı çəkilib. Xüsusilə qeyd olunur ki, Rusiya qonşu ölkələrin onun təsir dairəsindən çıxmaması üçün hər şeyi edir.
"Rusiya qonşu ölkələrin təsir dairəsindən çıxmasının qarşısını almaq üçün hər fürsətdən, o cümlədən hərbi gücdən istifadə etmək ənənəsini davam etdirir. Buna nümunə Ukrayna və Gürcüstana təcavüzdür", - sənəddə deyilir.
Hesabatda, eyni zamanda, "demokratiyanın, insan haqlarının və qanunun aliliyinin təmin edilməsi NATO üzvlüyünün vacib meyarlarıdır", - deyə vurğulanır.
“NATO-ya üzv olmaq istəyən üç ölkə - Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna demokratik siyasi sistemlərin konsolidasiyasında əhəmiyyətli irəliləyiş əldə ediblər. NATO məsləhətçiləri Gürcüstan və Ukraynaya müdafiə və təhlükəsizlik sektorlarında parlament nəzarətini əhəmiyyətli dərəcədə gücləndirəcək qanunvericiliyin hazırlanmasında mühüm köməklik göstərdilər”, - deyə vurğulanan sənəddə o da qeyd olunur ki, Gürcüstan və Ukrayna transformasiya yolunda qərarlıdırlar.
“Tendensiya göstərir ki, Gürcüstan və Ukrayna transformasiya yolunda möhkəmdir və media azadlığı, qanunun aliliyi və biznes mühiti ilə bağlı beynəlxalq təlimlərdə hazırkı NATO üzvləri ilə ayaqlaşa bilirlər. “Transparency International”ın 2018 Korrupsiya Qavrama İndeksinə görə, Gürcüstan NATO-nun 10 ölkəsindən daha yaxşı bir nəticəyə sahibdir və tezliklə NATO-ya üzv olacaq bir ölkədir", - deyə Ula Şmidtin məruzəsində deyilir.
 
Muxalifet.az