Rusiya Putin-Ərdoğan anlaşmasından sonra Suriyanı bombalayan ölkəni açıqladı

Baxış sayı:
4204

Suriyanın Xüms və Lazkiyə şəhərləri ilə sahil zolağında gecə saatlarında ard-arda partlayışlar baş verib. Bununla əlaqədar Rusiya təcili açıqlama verib.
 
RUSİYADAN TƏCİLİ AÇIQLAMA
 
Rusiya Müdafiə Nazirliyi, Lazkiyəyə qarşı raket təcavüzünün, Aralıq dənizində yerləşən Fransaya aid bir freqatdan həyata keçirildiyini bildirib. Nazirlik, həmçinin Lazkiyədə olan Rus bazası Hmeymim yaxınlığında İl-20 tipi bir Rus təyyarənin radardan çıxdığını bildirib.

Müxalifət.az