Rusiya Merkelin Qarabağ təşəbbüsünü həzm etmədi
30-08-2018 18:57
Baxış sayı:
2407

Qarabağ münaqişəsini nizamlanmaya cəlb edilmiş ölkələr həll etməlidir. Bu barədə cümə axşamı RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən ənənəvi brifinqdə bildirib.
Almaniya kansleri Angela Merkelin AFR-in ATƏT-in Minsk Qrupunun üzvü kimi Qarabağ münaqişəsinin nizamlanmasına şərait yaratmağa və buna görə siyasi məhsuliyyət götürməyə hazır olduğu haqqında bəyanatına münasibət bildirən Zaxarova deyib:
"Düşünürəm ki, bunu bilavasitə nizamlanmaya cəlb edilmiş ölkələr həll etməlidir və bütün bunlar müvafiq formatların işinin səmərəliliyi başa düşülməklə edilməlidir".