RUSİYA HƏRBİ BAZALARINA HÜCUMLAR - Nüvə bombardmançıları zədələnib… / YENİLƏNİB

Baxış sayı:
3049

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Saratov və Ryazan vilayətlərindəki hərbi aerodromlarda pilotsuz təyyarələrin hücumu nəticəsində partlayışlar baş verib.

Qafqaz.media xəbər verir ki, birincisində ən azı iki “Tu” nüvə bombardmançısına zərər dəyib.

Strateji bombardmançılar Tu-160 və Tu-95 qitələrarası ballistik raketlər və nüvə sualtı qayıqları ilə birlikdə Rusiyanın nüvə triadasının bir hissəsidir.

Bundan əvvəl Ukrayna mətbuatı Tu-95-lərin Engels aerodromundan Ukraynaya uçduğunu yazmışdı. Dekabrın 1-də hərbi aerodrom yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Maxar Technologies və Planet Labs-ın peyk görüntüləri aviabazada təxminən iki onlarla strateji bombardmançı təyyarəni, həmçinin X-55 və X-101 qanadlı raketləri daşıyan arabaları göstərib.

*** 11:48

Bu gün Rusiyanın Ryazan vilayətində aerodromda yanacaq daşıyan tankerin alışması nəticəsində 3 nəfər həlak olub.

Qafqaz.media bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

İlkin məlumatlara görə, hadisə nəticəsində altı nəfər həlak olub.

Xarici media və Teleqram kanalları isə, bazar ertəsi Rusiya Federasiyasının Saratov vilayətinin Engels şəhərindəki aviabazaya naməlum pilotsuz uçuş aparatın hücumu nəticəsində iki Tu-95 təyyarəsinin zədələndiyini bildirir.

Mənbələrin məlumatına görə, iki rus əsgəri yaralanaraq xəstəxanaya aparılıb.