Rusiya əhalisi 2099-cu ildə 65 milyona düşəcək və Moskvada cəmləşəcək

Baxış sayı:
15820

"inosmi.ru,Sohu" 
Rusiya dünyanın ən böyük dövlətidir, ərazisi 17,09 milyon kvadrat kilometrdir. Eyni zamanda, 12 milyon kvadrat kilometr ərazini tutan Uzaq Şərqin Sibir ərazisi boşdur və ölkənin 5 milyon kvadrat kilometrlik hissəsində (dünyada 9-cu yer) qalan 140 milyon insan yaşayır.
Həm də Rusiya dünyada əhali artımı mənfiyə doğru gedən azsaylı ölkələrdən biridir.
2010-cu il Ümumrusiya Əhalinin siyahıya alınmasına görə ümumi əhali 142,9 milyondur. Rusiya hakimiyyəti tərəfindən açıqlanan demoqrafik məlumatlar təhrif olunur, onların hesablamalarına görə, 2018-ci ildə əhali təqribən 143,9 milyon nəfər idi. Lakin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamalarına görə, bu rəqəm 138,7 milyon nəfərdir, yəni səkkiz il ərzində əhali 4 milyon azaldı.
Rusiyada doğum faizi çox aşağıdır, hər qadına orta hesabla 1,2 uşaq düşür. Mövcud əhali səviyyəsini saxlamaq üçün bu göstərici 2.2-ə çatdırılmalıdır. Hökumət böyük ailələrə iqtisadi güzəştlər vəd etsə də, insanları daha çox uşaq sahibi olmağa inandırmaq məsələsində bacrıqlı sayıla bilməz.
Şərqi Avropa ölkələrindən fərqli olaraq Rusiya miqrantların hesabına əhalini artırmaq məsələsini həll edə bilmir, çünki heç kim az sayda iş yeri olan bir ölkəyə köçmək istəmir.
Demoqrafik proqnoza görə, depopulyasiya tendensiyası dəyişməz qalsa, 2099-cu ilə qədər Rusiyanın ümumi əhalisi təxminən 65 milyon nəfərə düşəcək. O vaxta qədər əhali Moskvada cəmləşəcəkdir (bu gün əhali təxminən 15 milyon nəfərdir) və bir sıra böyük, orta, kiçik şəhərlər və geniş kənd yerləri Sibir və Uzaq Şərq kimi boş qalacaq!
Vladimir Putinin iyirmi il əvvəl söylədiyi "Mənə 20 il ver və mən sənə güclü Rusiyanı qaytaracağam" sözlərindən 20 il keçdi. Bu vaxtlar gənc və enerjili  Rusiya lideri üç period prezident, bir period baş nazir vəzifələrində çalışdı. Bu 20 il sona çatmaq üzrədir. Putinin siyasi meydanı təmizlənməsinə və prezident kimi 86% -ə çatan yüksək səviyədə dəstək almasına baxmayaraq , güclü Rusiyadan əsər - əlamət yoxdur: Rusiya iqtisadiyyatı və insanların maddi həyat şəraiti hələ də tənəzzül içindədir.
Vladimir Putin şərq güclərinin mediasında yüksək hörmət sahibi olsa, saysız-hesabsız izləyiciləri, pərəstişkarları olsa da, Rusiyanın son 20 ildə gördüyü işlər arasında lovğalanacaq və heyran qalacaq bir şeyi yoxdur. Bu azarkeş qruplarının etdiyi şey yalnız kor-koranə heyran olmaqdır və öz dövlətlərindəki işlərin real vəziyyətindən heç də narahat deyillər. Bir dəfə İnternetdə Putinin bir neçə milyon kvadrat kilometrlik Rusiya ərazisini şərq güclərinə icarəyə vermək istədiyi barədə söhbətlər getdi və bu şayiələr çox tez yayıldı. Ancaq heç bir ölkə bu 12 milyon kvadrat kilometrlik kirayə haqqını ödəməz, çünki bu əraziyə ayaq basan kimi, dərhal ibtidai insana çevriləcəksən!
Rusiyadakı mövcud vəziyyəti başa düşən insanlar bilirlər ki, əksər rusların yaşayış şəraiti keçmiş Sovet İttifaqı və ya əksər MDB ölkələrində olduğu kimi yaxşı deyil. Vladimir Putin nə Rusiyadakı yoxsulların nümayəndəsi, nə də Karl Marksın tərəfdarıdır, sadəcə gücünü sevən, gücünü göstərən və mübahisələrə girən bir siyasətçidir!
Uzun illər Putinin sərvəti daima elm adamlarının, analitiklərin, əleyhdarların, jurnalistlərin və kəşfiyyat orqanlarının açmaq istədikləri sirr olub. Cəmiyyət bu mövzunu daim müzakirə edir. Çoxları avtoritar və totalitarizmə meyllənən yeni rus çarı Putinin vəziyyəti barədə həqiqətə uyğun və açıq məlumatlara inanmırlar. Putinin gizli sərvəti var ya yox? Varsa nə qədərdir? Əslində bütün bunların əhəmiyyəti yoxdur.
Çünki bu danılmaz bir həqiqətdir: əhalisi məhv olan, əzab çəkən və ibtidai cəmiyyətə çevrilən bir ölkədə tək bir insana məxsus olan saysız-hesabsız sərvətin əhəmiyyəti yoxdur!
İnsan dünyanın sahibi və yerin canıdır. Ümid edirəm ki, Çar Putin və ölkənin taleyini idarə edən siyasətçilər həqiqətən xalqın taleyi ilə maraqlanacaqlar!
Muxalifet.az