​Rusiya 4++ nəsil təyyarələrini Ermənistana verir

Baxış sayı:
5689

Ermənistan 2020-ci ildə Rusiyadan 4 ədəd Su-30SM təyyarəsi alacaq.
Bu barədə Rusiya aviasiya sənayesi müəssisələrindən birinin top-meneceri “Kommersant” nəşrinə məlumat verib.
Tor-menecer bildirib ki, təyyarələr Ermənistana kreditlər veriləcək.
“İndiki şərtlərdə bu Rusiyanın Ermənistana “hədiyyəsidir”. Razılaşmaya görə, Rusiya tərəfi erməni pilotlara təlimlər də keçəcəklər”, - deyə o bildirib.
Qeyd edək ki, bu təyyarələr 4++ nəsil maşınlarına aiddir. İmkanlarına görə beşinci nəsil (F-22, F-35, Su-57) təyyarələrinə yaxındır. Bu təyyarələr Rusiyanın ən uğurlu istehsallarından hesab olunur. Suriya əməliyyatında uğurla iştirak ediblər. Ermənistanda belə bir təyyarə yoxdur. İşğalçı ölkənin aviasiyasına cəmi 15 ədəd Su-25 daxildir. Bununla yanaşı, Rusiyanın İrəvan yaxınlığındakı “Erebuni” bazasında 18 ədəd AN-29 təyyarəsi var. Hazırda işğalçı ölkənin aviasiyası çox köhnəlmiş hesab edilir. Görünür, Ermənistan aviasiyasını Su-30SM təyyarələri ilə yeniləmək niyyətindədir. Ermənistanla müqayisədə Azərbaycanın güclü aviasiya potensialı mövcuddur. “Aprel müharibəsi”ndəki döyüş qabiliyyəti də bunu əyani şəkildə sübut etdi./Publika