​“RUHUMUN ƏKİZİ VƏ YA GÜZGÜDƏKİ MƏN” – İradə Aytel və Elşən İsmayıldan ortaq layihə

Baxış sayı:
6211

Tanınmış yazar və publisist İradə Aytelin bir zamanlar mətbuatda yayımlanan və xeyli oxucunun böyük marağına səbəb olmuş hekayəsi “VİRTUAL SEVGİ” gənc rejissor Elşən İsmayılın marağını cəlb etmiş və hekayə əsasında yeni film ssenarisi yazılmışdır.
Muxalifet.az xəbər verir ki, artıq “RUHUMUN ƏKİZİ VƏ YA GÜZGÜDƏKİ MƏN” adı ilə yeni bir romantik, ağır psixoloji dram janrında yeni bir filmin çəkilişlərinə də başlanılmışdır. 
Operator Elçin İsmayıl, İdeya müəllifi və Baş prodüser İradə Ayteldir. Filmin sentyabr ayında izləyicilərə təqdim olunması planlaşdırılır.