Rüfət Səfərova küçədə zorakılıq olub - Saxlanılan var
16-03-2023 09:01
Baxış sayı:
1647

Keçmiş müstəntiq Rüfət Səfərova küçədə zorakılıq olub.
APA xəbər verir ki, bu barədə Rüfət Səfərov özü məlumat yayıb.
Bildirib ki, küçədə ona qarşı bir nəfər tərəfindən zorakılıq edilib və bununla bağlı polis müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Binəqədi RPİ əməkdaşları tərəfindən mübahisə tərəfi – 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfov saxlanılıb.
Araşdırmalar davam etdirilir.