Ərdoğanın təriflədiyi ASO komandiri İLK DƏFƏ DANIŞDI

Baxış sayı:
3394

Sinəsində Türk bayrağı daşıdığı üçün prezident Ərdoğanın təriflə bəhs etdiyi ASO komandiri Yasir, atasının ona Çanaqqala döyüşünü anlatdığını söyləyib.
 
4 dəfə yaralanmasına baxmayaraq TSQ ilə birlikdə terroristlərə qarşı mübarizəsinə davam edən, prezident Ərdoğanın təriflə söz etdiyi ASO komandiri Yasir Abdurrahim, Türk əsgərlərinin sayəsində PKK-nı torpaqlarından təmizlədiklərini deyib. Komandir Yasir, Ərdoğanın məzlumun yanında olduğunu ifadə edərək, Türk bayrağını köksündə qürurla daşıdığını söyləyib.
 
"TÜRK BAYRAGINI QÜRURLA DAŞIYIRAM"
 
Türkiyə sevgisi ilə böyüdüyünü və Türk əsgərləri ilə çiyin-çiyinə xidmət etməkdən qürur duyduğunu söyləyən Yasir Abdurrahimn, varlı bir ailədən gəlməsinə baxmayaraq, ölkəsi və Türkiyə üçün cəbhəyə getdiyini və sinəsində Türk bayrağını qürurla daşıdığını ifadə edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın ondan tez-tez bəhs etməsinin qürur verdiyini ifadə edən Yasir Abdurrahim, "Azad Suriya Ordusuna, Türk Silahlı qüvvələrinə təşəkkür edirəm. Şəhidlərimizin ailələrinə Allahdan rəhmət diləyirəm. Türk Silahlı Qüvvələrindən şəhid olanların ailələrinə başsağlığı diləyirəm. Prezidentimiz Rəcəb Tayyib Ərdoğana bizə dəstək verdiyi, Suriya xalqını qaçqın olaraq qəbul etdiyi, məni dilə gətirdiyi üçün təşəkkür edirəm. Türk Silahlı Qüvvələri bizimlə birlikdə oldu, hər şeyini bizimlə paylaşdı. Türk əsgərləri bizimlə birlikdə döyüşdü. Mən 4 dəfə yaralandım, təkrar cəbhəyə getdim" deyib.
 
"ÇANAQQALA RUHU İLƏ BÖYÜDÜK"
 
Atasının Əsəd rejimində general olduğunu söyləyən Yasir Abdurrahim, "Mənim atam rejimin olduğu dövrdə general olaraq xidmət etdi. Məni ölkəmizi sevən və şərəfimizi qoruyan bir döyüşçü kimi yetişdirdi. Məni  İslam dininə uyğun olaraq böyütdü. Atam həmişə Çanaqqala döyüşü barədə danışdı. Necə şəhid verdiklərini anlatdı. Mən döyüşməyi, dik durmağı ondan öyrəndim" deyə, bildirib.
4 dəfə yaralanmasına baxmayaraq cəbhəni tərk etmədiyini ifadə edən Abdurrahim, "Mədəmi götürdülər, müxtəlif yerlərimdən yaralandım, yenə cəbhəyə getdim. Biz Suriya və Türkiyə bir millətik. Ümid edirəm ki, bu yeri terrorçulardan təmizləyəcəyik".
Müxalifət.az