Ərdoğandan azərbaycanlı milyarderlə bağlı açıqlama

17-25 dekabr əməliyyatının planı ABŞ-da hazırlanıb.
Bunu Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Əslən azərbaycanlı biznesmen Rza Zərrabın ABŞ-da həbsinə toxunan Ərdoğan onun həbsini tələ adlandırıb:
“17-25 dekabrda ən böyük tələlərdən biri quruldu. Bu, uğursuzluqla nəticələndikdən sonra eynisini ABŞ-da qurdular”.
Qeyd edək ki, 2013-cü ilin 17-25 dekabr tarixində FETÖ Rza Zərrab da daxil olmaqla bir neçə nazirin evində axtarış apararaq, onları korrupsiya ilə bağlı həbs etmişdi. Korrupsiyada ittiham olunanlar sırasında Ərdoğanın oğlu Bilal Ərdoğan da vardı.