Ərdoğandan ABŞ-a xəbərdarlıq mesajı: DAVAMI GƏLƏCƏK

Baxış sayı:
5176

İslam Əməkdaşlıq Təşkilatının Konfransında çıxış edən Türkiyə rezidenti Ərdoğan Fəratın şərqindəki əraziləri rahatlığa qovuşdurmaqda qərarlı olduqlarını vurğulayaraq "Dünən axşam İraq ərazisində hava əməliyyatlarımızı həyata keçirdik. Sərhədlərimizə təhdid yaradan Sincar və Karacak dağında əməliyyat keçirtdik. Gerisi də gələcək. Çünki oradan bizə təhdid varsa, cavabı da anında veriləcək" deyə söyləyib.
 
Ərdoğan çıxışında bunları söyləyib;
“Bu terror təşkilatlarını ya yox edəcəklər, onlar etmirsə, biz məhv edəcəyik.
Terrorçuların dünənki qəddar təcavüzü verdiyimiz qərarın nə qədər məqsədəuyğun olduğunu göstərmişdir. Sərhədlərimizə yığılan terrorçuların gec-tez bizi hədəf alacağı həqiqətini bu hadisə sübut etmişdir. Suriyanın şimalında məlum olduğu kimi Amerikanın 22 bazası var. Silah göndərilir, texnika göndərilir. Silahların hamısı buradakı PKK, YPD, YPG terrorçularına gəlir.
 
AÇIQ DANIŞIRAM, SƏBRİMİZ QALMAYIB
 
Münbiç ilə bizim diqqətimizi dağıtmağa çalışırlar. Münbiç 85-90 faiz Ərəblərin yaşadığı bir yerdir. Amma ora tamamilə o terror təşkilatlarına vermiş vəziyyətdədir. Terrorçulardan oranı azad edəcəyik dedilər. Amma etmədilər. İndi də deyirik ki, təmizlədiniz təmizlədiniz, təmizləmədinizsə, biz Münbiçə də girəcəyik. Açıq danışıram. Türkiyə Fəratın şərqindəki terror bataqlığına müdaxilə məsələsində kifayət qədər vaxt itirib. Bundan sonrası üçün tək bir gün gecikməyə də səbrimiz yoxdur.”
Müxalifət.az