​Ərdoğan yeni hərbi əməliyyatın anonsunu verdi

Baxış sayı:
4027

Suriyada bundan sonrakı hədəfimiz Menbiç və Fəratın şərqini terrorçulardan təmizləməkdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında bildirib.
Ərdoğan PKK-nın inkişaf etməsinin qarşısını almaq üçün Sincarda da ordunun əməliyyat keçirə biləcəyini deyib:
"PKK-nın İraqda fəaliyyət göstərdiyi yerlərin əhəmiyyətli hissəsini nəzarət altına aldıq. Məqsədimiz ölkədəki PKK varlığının da eyni şəkildə ortadan qaldırılmasıdır".