​Ərdoğan Makrona zəng etdi: seçki keçirilməlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makrona zəng edib.
Muxalifet.az xəbər verir ki, o, Makrona Soçi zirvəsində müzakirə edilən məsələlərdən danışıb.
Ərdoğan Suriyada seçkilərin keçirilməsinə və ölkənin ərazi bütövlüyünə önəm verdiklərini vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə, Rusiya və İran prezidentləri Soçidəki zirvə görüşündə bir araya gəliblər. Görüş zamanı Suriya böhranı müzakirə edilib.