Ərdoğan Davudoğlu və Gül haqqında nələr dedi?
28-04-2019 21:59
Baxış sayı:
2584

Türkiyəli keçmiş AKP-çi deputat Burhan Kuzu Prezident Rəcəb Tayyib Ərdoğanın yeni partiya quracaqları iddia edilən Abdullah Gül, Əhməd Davudoğlu və Əli Babacan haqqında fikirlərini paylaşıb.
Muxalifet.az xəbər verir ki, B.Kuzu dövlət başçısının sözügedən şəxslər haqqında dediklərini Tvitter mikroqbloqunda qeyd edib.
“Ərdoğan yeni partiya qurmaq istəyənlər haqqında: Aramızda səhv edənlərin olduğunu ifadə etməyə bilmərik. Aramızda bəlli səviyyələrə, mövqeyə gələnlərin fəaliyyəti qəbul edilən deyil”, - deyə Kuzu prezidentin bu fikirləri səsləndirdiyini bildirib.