Ərdoğan Almaniyada polis təzyiqinə məruz qalan türk vətəndaşına ZƏNG ETDİ

Baxış sayı:
2251

Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan Almaniyada polis tərəfindən pis rəftara məruz qalan Türk vətəndaşı Yusif Ünsala bu axşam telefonla zəng edib.
 
Prezident sarayındakı mənbələrdən verilən məlumata görə, Ərdoğan, keçmiş olsun diləyi ilə Ünsaldan Ştutqartdakı hadisə haqqında məlumat alıb.
Ünsal da ona qarşı həssaslığa görə, prezidenti Ərdoğana təşəkkürlərini bildirib.
Qeyd edək ki, Almaniyada separatçı terror təşkilatı tərəfdarları tərəfindən keçirilən aksiyaya etiraz edən Ünsalın, Alman polisinin pis rəftarına məruz qalması ictimaiyyətdə təpkilərə səbəb olmuşdu.
Müxalifət.az