​Ərbil-Bağdad gərginliyi: razılıq olmadı

Hələ ki, Ərbil ilə Bağdad razılığa gələ bilməyib.
Muxalifet.az xəbər verir ki, bu sözləri peşmərgənin rəsmi nümayəndəsi Cabbar Yavər deyib.
“Kürd Muxtariyyəti savaş tərəfdarı deyil. Problemlərin müzakirə və görüşlər vasitəsilə həll edilməsini istəyirik. 16 oktyabrdan bu vaxta qədər gedən döyüşlərdə 60 peşmərgə həlak olub, 150-si yaralanıb. Qarşıdurmalar gərginliyi daha da dərinləşdirəcək”.
Qeyd edək ki, Cabbar Yavər daha əvvəl Ərbil ilə Bağdad arasındakı problemlərin həlli üçün 7 maddəlik təklif təqdim olunduğunu açılqayıb.