​Ərəb koalisiyası husilərin YOLUNU BAĞLADI

Baxış sayı:
761

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin silahla təchizatında mühüm rol oynayan Taiz və Xodeyda şəhərləri arasındakı yolu ələ keçirib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı VAM agentliyi yayıb. Şəhərlər arasındakı yolun ələ keçirilməsi üçün onlarla silahlının öldürüldüyü bildirilib.
Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən bu yana davam edir. Səudiyyə Ərəbistanı bundan öncə Yəmənin bütün hava və dəniz limanlarını blokadaya alıb. Buna əsas səbəb kimi husilərin Ər-Riyada raket zərbələri endirmək cəhdləri göstərilib.