"Raket hücumu son anda ƏNGƏLLƏNDİ" – SƏUDİYYƏ ƏRƏBİSTANI

Baxış sayı:
5267

Səudiyyə Ərəbistannın dövlət mediası, Yəmənlə sərhəddə ölkəyə doğru gələn bir balistik raketin havada zərərsizləşdirildiyini bildirib.
 
Yəməndəki daxili müharibəyə birbaşa daxil olan Səudiyyə Ərəbistanına  daha bir raket hücumu təşkil olunub. Rəsmi media, balistik raketin Yəmən-S..Ərəbistan sərhəddində havada zərərsizləşdirildiyini bildirib.
İran dövlət televiziyası isə raketin Səudiyyə Ərəbistana aid hərbi bir hədəfə doğru istiqamət götürdüyünü bəyan edib.
Qeyd edək ki, Yəməndə mərkəzi hökumətə qarşı döyüşən İranın dəstəklədiyi Husilər, 2017-ci ildə iki dəfə Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyadı raketlə hədəfə almışdı. Dekabr ayında atılan son raket, Kral Salmanın sarayına doğru hədəf götürərkən havada məhv edilmişdi.
Səudiyyə Ərəbistanı və müttəfiqi ABŞ, Yəməndən atılan raketlərin İran tərəfindən Husilərə verildiyini iddia etsə də, ancaq Tehran rəhbərliyi bu iddiaları rədd edir.
Müxalifət.az