Qəzada ölənlərin ikisinin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Baxış sayı:
5138

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.

Onlardan ikisinin şəxsiyyəti müəyyənləşib.

Onlar, 1979-cu il təvəllüdlü Səbiyeva Həcər Sabər qızı və 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğludur. 

Faktla bağlı araşdırma aparılır.

***12:53

Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Stansiya Sumqayıt adlanan ərazidə baş verib.

İki avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.

Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.