​Qubada meşə ərazisində YANĞIN BAŞLAYIB

Baxış sayı:
3097

Quba rayonunda meşə ərazisində yanğın başlayıb.
"Report" xəbər verir ki, rayonun Zərqava kəndi ərazisində meşə massivində səhər saatlarında başlayan yanğın hələ də davam edir.
Yerli sakinlər meşədə baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Quba Rayon Yanğından Mühafizə Xidmətinə məlumat veriblər.
Yanğın getdikcə böyük ərazini əhatə etməyə başlayıb.