Quaydo Maduronu devirmək üçün ordunu ayağa qaldırdı

Baxış sayı:
16618

Venesuelanın müxalifət lideri Xuan Quaydo ordunu hazırkı prezident Nikolas Maduronu devirməyə səsləyib. O, çağırışını “Twitter” hesabında yayımlayıb. Quaydo Venesuelada çevrilişin başlandığını açıqlayıb. X.Quaydo Karakasın sabiq bələdiyyə sədri Leopoldo Lopezi ev dustaqlığından azad edib. Lopez Maduroya müxalif şəxslərdən biridir. Məsələ ilə bağlı açıqlama verən Venesuela hökuməti çevriliş cəhdinin başlandığını təsdiqləyib və hazırda bunun qarşısının alınması üçün işlərin getdiyini bildirib. Xatırladaq ki, Venesuelada siyasi-iqtisadi vəziyyət yanvarın 23-dən etibarən kəskinləşib. Belə ki, kütləvi etirazlar fonunda X.Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib.