​Qərb Qərbi Azərbaycanda xaos istəyir - İRAN GENERALI

Qərbi Azərbaycan və Kürdüstan əyalətləri İran üçün böyük önəm kəsb edir.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Baş Qərargah rəisi general Məhəmməd Baqiri söyləyib. Onun sözlərinə görə, İranın düşmənləri bu bölgələrdə xaos yaradaraq ölkəni hədəf almaq istəyirlər:
“İmperializm və sionistlər İraqın şimalını özlərinin bazası elan edib, İranı hədəf almaq istəyirlər. İrana düşmən olan bütün ünsürləri bölgədə toplayıb, ölkə sərhədinin yaxınlığında İran əleyhdarı bir qurum yaratmaq istəyirlər. ABŞ İraq Kürd Muxtariyyətindəki referendumu gizli şəkildə dəstəkləyir”.
O, həmçinin, İranda heç bir məzhəbin və etnik qrupun ayrılıq tələbində olmadığını söyləyib:
“İrandakı bütün fərqli kimliklər ilk olaraq özlərini müsəlman kimi görürlər. Bütün hiylələrə qarşı diqqətli olmalıyıq”./Axar.az/