Qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır – VİDEO

Baxış sayı:
4384

Azərbaycan ordusunun təlimləri növbəti mərhələsində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkili məqsədilə əvvəlcədən qəbul edilmiş qərarlar maket və xəritə üzərində dəqiqləşdirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qoşunların idarə olunması və fəaliyyətlərin uzlaşdırılması məsələləri qərargahlarda ətraflı işlənilir.