​Qonşu ölkədə matəm elan edildi

Noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub.
Muxalifet.az bildirir ki, apa-nın məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin qərarında deyilir. Həmin gün Gürcüstan hökuməti xalqla birlikdə Batumidə “Leogrand” otelində baş vermiş yanğın nəticəsində ölənlərin xatirəsini yad edəcək. Matəm günü bütün Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.
Qeyd edək ki, bir gün əvvəl Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb.