Qazaxda kişi qonşu qadını BİÇAQLADI
2-05-2019 14:18
Baxış sayı:
4942

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kənd baş verib. Kənd sakini 38 yaşlı Elmira Tapdıq qızı Orucova boyun, kürək və bədənin digər nahiyələrindən çoxsaylı bıçaq xəsarəti ilə Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.
Onun mübahisə zəminində qonşusu 48 yaşlı Mürsəl Hüseynov tərəfindən bıçaqlandığı məlum olub. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.