Qatı erməni təbliğatçısı Zatulini qanlı nasist Njdeyə nə bağlayır... - DETALLAR

Baxış sayı:
14770

Rusiya siyasətçiləri arasında Konstantin Zatulin kimi erməni lobbisi üçün bu qədər “cani-dildən” xidmət edən və bu günə qədər Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması sədrinin MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla münasibətlər üzrə birinci müavin vəzifəsində “israrla qalan” sima tapmaq çətindir. Üstəlik, "soydaşlar" məfhumu Konstantin Zatulin üçün yalnız ermənilər və separatçılar (qondarma "Dağlıq Qarabağ", Abxaz, Tsxinvali və s.) deməkdir. Qarabağdan 1 milyondan çox azərbaycanlı qaçqın və Abxaziyadan 300 mindən çox gürcü qaçqını, sırf nasist olan Zatulin, nəinki "həmyerlilər"ə aid etmir, həmçinin onları insan saymaqdan imtina edir. Konstantin Zatulinin nasist mahiyyəti son günlərdə çox açıq şəkildə özünü göstərir. Rus vətənpərvərlərin səyləri ilə Krasnodar diyarının Armavir şəhərində nasist cinayətkarı Qaregin Njdeni «göylərə qaldıran”bədnam xatirə lövhəsi söküləndən sonra, Konstantin Zatulin, yəqin ki, erməni “ağalarından» Nasist Njdeni və ümumiyyətlə, erməni nasistliyini bir fenomen kimi şöhrətini bərpa etməyə başlamaq əmri aldı. Konstantin Zatulinin xüsusən patriotizmindən uzaq olan “Moskovskiy komsomolets”də nəşr olunan "Kitabxanaya tez-tez get" (Rus vətənpərvərliyindən uzaq) mövzusundakı çıxışları buna həsr olunub. https://www.mk.ru/social/2019/12/05/polemika-vokrug-garegina-nzhde-legko...). Güman etdiyimiz kimi, Konstantin Zatulin ermənilərin nasist qatillərinin ruslar və yəhudilərlə yanaşı azərbaycanlıları və türkləri də məhv etdiklərinə görə "qəhrəman" hesab olunmasının "qatı" tərəfdarıdır. “Mən Njdeyə “tərifnamə” yazmıram və Rusiyada ona abidə ucaltmağı təklif etmirəm. Mən sadəcə ermənilərin onun haqqında xüsusi rəydə olma hüququnu tanımağı və onların vicdansızcasına faşist cinayətkarların tarixi reabilitasiyasına meylli olduğunu göstərməməyi təklif edirəm. Yeri gəlmişkən, müharibədən sonrakı Sovet İttifaqında, məhkəmənin hökmü ilə asılmış Vlasov və Ko ilə Türkiyəyə qarşı mübarizədə istifadə etmək istədikləri Njde arasındakı fərqi yaxşı başa düşdülər”. - Konstantin Zatulin qeyd edir. Njdenin Vlasov kimi güllələnməməsinə və asılmamasına gəlincə, buna sadə cavabı var və Zatulin bunu yaxşı bilir. Njde, SSRİ-də edam cəzası ləğv edildikdən sonra, 1947-ci ildən sonra mühakimə olundu. 1948-ci ildə SSRİ məhkəməsi Njdeni o dövrün ən yüksək cəzası olan 25 illik həbs cəzasına məhkum etdi. 1950-ci ildə isə SSRİ-də ölüm hökmü bərpa edildi. Yəni, nasist cəlladı və qatili Njdenin, belə demək olarsa bəxti gətirdi, o, SSRİ-nin sadəcə ölüm hökmü olmadığı dövrdə məhkum edildi. Məhkəmə ya 1947-ci ildən əvvəl, ya da 1950-ci ildən sonra baş verərsə, faşist qatil cəlladı edam ediləcəkdi. Təbii ki, əlləri qanlı cəlladın Türkiyəyə qarşı istifadəsı barədə heç bir söhbət getməmişdi (Zatulin təsəvvür etməyə çalışdığı kimi). Njde, şübhəsiz ki, SSRİ-yə öz "xidmətlərini" təqdim etmək istədi, lakin o, prinsipcə öz başını qorumaq üçün bunu etdi, çünki Sovet həbsxanalarında və düşərgələrində “nasist quyruqları” üçün həbs şərtləri olduqca sərt idi. Üstəlik, ən maraqlısı, Njdenin Stalinə göndərdiyi bir məktubda, elə özü kimi qaniçən terrorçu, nasist və qanlı qatil - Drastamat Kanayanı (General Dro) ifşa etməsi idi. Njde onunla əlbir fəaliyyət göstərən erməni nasist birləşmələrinin digər təşkilatçısı və mülki əhalinin qatili Dronu, canını xilas etməkdən ötrü ələ verməkdən çəkinmədi. Məktubdan bir parça: “Həyatımı təhlükəyə ataraq, Dronun Ermənistana qarşı xaincəsinə başladığı işlərin qarşısını aldım. Mən onun Sovet Ermənistanına getmək üçün hazırladığı təxribatçıları razı saldım (və onlardan birinə, Megridən olan Grayrı, Bolqarıstana qaçırtdım ki, Ermənistana göndərilməsin)”. Yəni Hitlerə necə qulluq etmək və mülki şəxsləri öldürməyə gəldikdə isə, Dro və Njde silahdaşlar və "qardaşlar"dır. Öz canını xilas etməyə gəlincə isə, buna görə Njde köməkçisi Dronu "vətən xaini" elan edir. Yeri gəlmişkən, erməni millətçiləri üçün həm də Njde, həm Dro ikisi də qəhramandır. Ermənistanda hər ikinə abidə ucaldılmışdır, hər iki qatilin şərəfinə küçələr və meydanlar adlandırılmışdır və sonra bir "qəhrəman"ın başqa bir "qəhrəman"ı "xaini" hesab etdiyi ortaya çıxır. Bəs onlardan hansı “qəhrəmandır?” Bundan başqa, Drastamat Kanyanı "həddindən artıq qaralamaq" üçün və özünü "ağ və tüklü" göstərməyə çalışan Qaregin Njde, bilmədən özünü də ifşa edir. Belə çıxır ki, o, nəinki nasist cəlladları və təxribatçıları ilə danışmışdı, əksinə hansı tapşırıqların verildiyini çox yaxşı bilirdi və bu tapşırıqlara düzəliş edə bilirdi, yəni, o, nasist diversant liderlərindən biri idi. Beləliklə, qarşımızda duran sadə bir nasist cinayətkarı deyil, yüksək çinli nasist cinayətkarıdır. Axı, Üçüncü Reyxin kəşfiyyat xidmətlərinin rəhbərliyinə işləməyən bir "küçə adamı" ciddi agent təlimi alan təxribatçılara göstəriş verə bilməzdi. Bu yalnız Njde bu təxribatçıların rəhbəri olsaydı və onların Njdeyə itaət etməsi halında mümkün idi. Bundan sonra Konstantin Zatulin Njdenin "Wehrmacht qoşunlarında xidmət etmək üçün erməni birləşmələrinin təşkil edilməsində iştirak etmədiyi, hərbi forma geymədiyi və SSRİ-yə qarşı hərbi əməliyyatlarda iştirak edərək özünü ləkələmədiyi" haqda nağıllar danışacaq. Belə ki, özü də Stalinə göndərdiyi bir məktubda SSRİ-yə qarşı müharibədə bilavasitə iştirak edən nasist qatillər və təxribatçılara tapşırıqlara düzəliş etmək barədə əmr edə biləcəyini etiraf etdi. Deməli, o özü bu əmrləri verirdi və təxribatçıları da özü göndərirdi. Njdenin nədənsə təxribatçılardan birini Ermənistana göndərməməyi qərara alması, onun əmri ilə yüzlərlə digər təxribatçının SSRİ-nin digər respublikalarında qanlı cinayətlər törətdiklərini inkar etmir. Doğrudur, başqa bir nasist Zatulinin nöqteyi-nəzərindən yalnız "Ari –ermənilər” insandır. Lakin, digər insanlar, o cümlədən ruslar cəzasızlıqla öldürülə bilər. Belə çıxır ki, erməni millətçilərinə xidmət edərək, "Rusiya Federasiyasının peşəkar vətənpərvəri" Konstantin Zatulin nasizmin banal təbliğatçısına çevrilir. Üstəlik, nasizm üzərində qələbə üçün olduqca baha qiymət ödəyən bir ölkədə, on milyonlarla insanın həyatı və hər şeydən əvvəl rus xalqının qarşısında. Nasist qatillərini tərifləyən Konstantin Zatulin bu müharibədə həyatını itirmiş rus xalqının nümayəndələrinin məzarlarına tüpürdü. Bu dayandırılmasa, Njdeni müdafiə etdiyi kmi, Goebbels, Goering və digər nasistləri müdafiə edəcəkdir. "kavkazplus" Hazırladı: Şükürova Ülviyyə Muxalifet.az