Qaşıqçının Konsulluqda dediyi son sözlər… - DƏHŞƏTLİ FAKTLAR

Baxış sayı:
5221

Sevilay Yılman - Habertürk
 
Bütün dünya, hamımız Səudiyyə Ərəbistana, "Cəsəd haradadır" deyə soruşmağa davam edirik.
 
Məncə, boş yerə soruşuruq.
Niyə bilirsinizmi?
Çünki Səudiyyə Ərəbistanı heç vaxt bu problemin cavabını verə bilməz! Verməyəcək də!
Nə üçün?
Çünki elə bir cəsəd yoxdur!
Necə göstərəcəklər bu cəsəd bizə?
 
Peşakarcasına əritdilər
 
Bu adamı təkcə öldürmədilər ki! Üzərinə bir də cəsədini parçalara ayırıb, kimyəvi turşularla yandırıb peşəkarcasına əridib buxarlandırdılar!
Məhz bu vəhşiliklərinin bəşəriyyətə izahatını verə bilmədikləri üçün bu suala cavab verməyəcəklər!
 
Mərhum astma xəstəsiymiş
 
Gələk indi yazının adındakı problemin cavabına.
Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı işin ən başında Qaşıqçı-nın ölümü ilə əlaqələrinin olmadığını irəli sürüb, bir də dünya ilə məzələnir kimi öz vətəndaşlarının yox olmasından çox narahatlıq keçirdiklərini deyirdilər.
Bununla da Səudiyyəlilər rəsmən palçığa batdılar.
Ancaq sonradan Türkiyənin əlində bu cinayəti öz adamlarının işlədiyini anbaan isbat edən bir səs yazısı olduğunu öyrənəndə, etiraf etməyə məcbur oldular.
Bəs, əvvəl ABŞ dövlət katibi Mayk Pompeo-ya, sonra Səudiyyə Ərəbistanı kralının bir nömrəli kəşfiyyatçısı, ən sonunda da MKİ direktoru Gina Haspelə dinlətdirilən o səs yazısında nə var?
 
Baş konsulun şəxsi kabinetində öldürülüb
 
Əslində bu səsyazısı ilə bağlı çox şey yazılıb.
Həm Türk, həm də dünya mediasında bu sənəddən bəzi detallar çatdırılıb.
Məsələn, mərhumun boğularaq öldürülməsi və sonra da meyitinin hissələrə ayrılması kimi.
Dövlətin əlində olduğu məlum olan səsyazısı bir gün ictimaiyyətlə paylaşılacaq, yoxsa yox, amma şəxsən o qeydiyyatı dinləyən xəbər mənbələrimdən öyrəndiyim, məlum olmayan bir neçə qan dondurucu məlumatı bu gün paylaşmaq istəyirəm sizlərlə.
Öldürüldüyü otağın konsul Məhəmməd Uteybinin şəxsi kabineti olduğu və mərhumun otağa girər girməz boğularaq öldürüldüyü onsuz da yazıldı əvvəldən.
Bəs görüntüsü olmamasına baxmayaraq yalnız bir səsyazısı ilə necə anlamaq olar Qaşıqçı-nın paketlə boğularaq öldürüldüyü?
Əlbəttə ki, səsyazmasında olan bəzi çıxışlardan.
Otaqda biri qəflətən Qaşıqçı-nın ağzını əli ilə bağlayır. Bunun belə olduğu da rəhmətliyin, "Etməyin! Ağzımı bağlamayın, çünki astma xəstəsiyəm" deyə bağırmasından ortaya çıxır.
Sonra o bağırtının bir anda kəsilməsi, amma buna baxmayaraq bütün gücü ilə müqavimət göstərməyə çalışarkən yenə otaqda birinin Qaşıqçını boğan şəxsə, "Yaxşıca sıx! Bərk sız paketi" deməsindən..!
 
O çamadanları özlərimi gətirdi?
 
Cəmi 7 dəqiqə boğulmamaq dirəniş göstərən Qaşıqçı-nın öldüyünə tam əmin olan canilər onun cansız bədənini yerə sərir. Bu arada aralarından biri - bu adamın Səudiyyə Ərəbistanı Ədliyyə Tibbinin başında olan S. Məhəmməd Al Tubaigy olduğu anlaşılır- belə deyir: "Yaman uzun boyludur, amma problem deyil, öhdəsindən gələcəm!
Sonra da Səudiyyə Ərəbistanından gələrkən yanında gətirdiyi və hələ nə olduğu bilinməyən alətlə cəsədi parçalamağa başlayır. Bu zaman da otaqdakı digər Səudiyyəlilərə musiqi dinləməsini tövsiyə edir.
Və təxminən 20 dəqiqə müddətində parçalama prosesi bitəndə, əvvəl paketlərə, sonra da 5 ədəd olduğu güman edilən çamadanlara qoyulur.
Bu arada bu kritik məlumatı də bölüşüm dəyərli oxucularımla. Daha öncə həmin çamadanların Kapalıçarşı bazarından alındığı yazılmışdı. Ancaq mənbələrim bu məlumatın tamamilə doğru olmadığını deyir. Çünki çamadanların haradan satın alındığına dair çox geniş bir araşdırma aparılmış İstanbulda, ancaq hər hansı bir şey əldə olunmamışdır. Mənbəyimə görə, cəsədin yerləşdirildiyi bu çamadanları Səudiyyəlilər İstanbula gələrkən yanlarındakı çamadanların içərisində saxlamış ola bilərlər.
Və saat 15.00-da qatillər, əllərində Qaşıqçını daşıyan çamadanlarla birlikdə otaqdan çıxırlar.
15.08-də şüşələri qara örtüklü mikroavtobus 250 metr uzaqlıqdakı konsul iqamətgahına doğru yola çıxır.
 
Kadavra itinin qarderob işarəsi
 
MİT və polisə görə, o çamadanlar mikroavtobusla iqamətgaha aparılıb. Tam olaraq iqamətgahdan hər hansı bir sübut əldə edib etmədiklərini bilmirəm, amma İstanbul Polis İdarəsi Cinayət Şöbəsinin kadavra iti Melo-nun iqamətgahda bir şkaf qarşısında xeyli hürdüyü və pəncələri ilə cırmaqlamaqla bilərək işarə verdiyi bildirilir. Şkafın içərisində hər hansı bir izə rast gəlinməmişdir, amma qoxuya son dərəcə həssas olan itin yanılmasının mümkün olmadığını nəzərə alsaq, Qaşıqçı-nın cəsədinin daha əvvəl bu şkaf içərisində gizlənmiş ola biləcəyi ehtimalı artır.
Bunları yazmaq nə qədər çətin olsa da, amma bu detalları mütləq yazmalıyıq və bu cinayət məsələsini diri tutmaq lazımdır.
Çünki vəhşilikdən sonra bir cinayət törədərək bəşər tarixinə qara ləkə vuran Səudiyyə Ərəbistanının istədiyi şey hadisənin gündəmdən düşməsi və bir an əvvəl unudulub getməsidir.
Buna yol verməyək.
Xahiş edirəm.
Bəli, bir cəsəd göstərməyəcəklər bizə, ancaq biz ən yüksək tonda təpki verməyə, mühakimə etməyə davam edərək ən azından adamı necə boğub, parçalayıb, buxarlandığını da etiraf etdirə bilərik!
Hazırladı: Müxalifət.az